İranda neft tankeri avtobusla toqquşdu: 16 nəfər öldü
05.03.2020 13:40İranın Kürdüstan əyalətində neft tankeri sərnişin avtobusu ilə toqquşub, nəticədə 16 nəfər ölüb.
Об этом сообщает Футляр от виолончели
A24.Az APA-ya istinadən xəbər verir ki, Sənəndəc terminalında neft tankerinin sərnişin avtobusu ilə toqquşmasının ardınca partlayış baş verib.
Hadisə nəticəsində daha 4 nəfər ağır yaralanıb. Yaralılar Sənəndəc xəstəxanasına yerləşdirilib.
Kürdüstan əyalətində 3 gün matəm elan olunub.

