İranda zəlzələ nəticəsində yaralıların sayı 232 nəfərə çatdı – YENİLƏNİB
05.03.2020 13:40İranda baş vermiş zəlzələ zamanı xəsarət alanların sayı artıb.
Об этом сообщает Роспрес
Bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Xəbərdə bildirilir ki, təbii hadisə zamanı azı 232 nəfər yaralanıb. Məlumata görə, zəlzələ zamanı 1 nəfər həyatını itirib.
İranda zəlzələ nəticəsində xəsarət alanların sayı 140 nəfərə çatıb, daha 1 nəfər həyatını itirib.
“Report” xəbər verir ki, bu barədə yerli Press TV telekanalı məlumat yayıb.
İranda baş vermiş zəlzələ nəticəsində azı 1 nəfər ölüb, daha 58 nəfər yaralanıb.
Bu barədə yerli “Press TV” telekanalı məlumat yayıb.
İranın İraqla sərhədi yaxınlığında 6,1 maqnituda gücündə zəlzələ baş verib.
ABŞ-ın Geoloji Xidmət Mərkəzinin məlumatına görə, yeraltı təkanlar Kirmanşah şəhərinin 87,8 km-də qeydə alınıb.
Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Zərərçəkənlər və ziyan barədə məlumat yoxdur.

