Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İrandan növbəti həmlə: Azərbaycanlılara yeni qadağa

05.03.2020 13:41

Təbriz Azad Universitetinin “Açıq Söz” nəşri 6 sayı çıxdıqdan sonra qadağa ilə üzləşib.

Об этом сообщает Футляр от виолончели

A24.Az Kult.az-a istinadən xəbər verir ki, “Açıq Söz”ün 7-ci sayı bu ay işıq üzü görməli idi, lakin Təbriz Universitetinin Mətbuata Nəzarət Komitəsi onun nəşr olunmasına icazə verməyib. “Qırmızı xətləri keçmək” nəşrə qoyulan qadağanın səbəbi kimi göstərilib.

Məlumata görə, Universitetin Mədəniyyət işləri üzrə bölümü 7-ci sayın məzmunu ilə tanış olduqdan sonra onun nəşrinə qadağa qoyub

Mövzu ilə bağlı nəşrin məsulları Teleqram kanallarında məlumat yayıblar: “Açıq Söz”ün lisenziyası ləğv olunmayıb. Lakin hələlik dəqiq açıqlanmayan səbəblərə görə 7-ci sayımızın nəşri təxirə düşüb”.

Qeyd edək ki, bir neçə gün əvvəl Marağa Universitetinin “Elin” tələbə dərgisinin fəaliyyətinin dayandırılması haqda da qərar qəbul olunub.