İrandan yeni QƏRAR: Nüvə proqramını genişləndirir
05.03.2020 13:41İranda uranın zənginləşdirilməsi üçün sentrifuqun istehsalı üzrə yeni müəssisə açılıb.
Об этом сообщает Футляр от виолончели
“A24.Az” “Fars” agentliyinə istinadən xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Təşkilatın rəhbəri Əli Əkbər Salehi bildirib.
“İranın dini lideri, ayətullah Əli Xamneyinin sərəncamlarına əsasən sentrifuqların istehsalı üzrə müasir sex açılıb və o, çox yaxşı təchiz edilib”, – deyə o bildirib. Təşkilatın rəhbəri müəssisənin gücü barədə təfərrüatları açıqlamayıb.
Salehi həmçinin bildirib ki, mütəxəssislər Tehranda tədqiqat reaktorunu tamamilə yenidən qurub. “İran Avropa ölkələrindən biri ilə reaktorun işinin daha da təkmilləşdirilməsi ilə bağlı böyük müqavilə imzalayıb”, – deyə o bildirib.
Təşkilat rəhbəri əlavə edib ki, bütün bu addımlar İranın nüvə proqramına dair sazişi pozmur.

