Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İranın hərbi gəmiləri Bakıya gələcək

05.03.2020 13:41

 İran Hərbi Dəniz Qüvvələri Azərbaycanda keçiriləcək dəniz atışları üzrə yarışda iştirak edəcək.

Об этом сообщает Роспрес

A24.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Hərbi Dəniz Donanmasının komandiri, kontr-admiral Hosseyn Xanzadi bildirib.

“Yarışın əsas məqsədi Xəzər hövzəsi ölkələri arasında dostluq və yaxınlıq əlaqələrini gücləndirməkdir”, – Xanzadi deyib.

O xatırladıb ki, turnir çərçivəsində müxtəlif ölkələrdə Dəniz Piyadaları Kuboku keçiriləcək.

Kontr-admiral vurğulayıb ki, Azərbaycanda dəniz dalğıclığı üzrə əsas çempionatla yanaşı, atışlarla bağlı yarışlar keçiriləcək və bu məqsədlə İran iyulun 24-də Bakıya iki hərbi gəmi göndərəcək.