İranın yeni raket proqramı Avropanı təşvişə saldı: Fransa və Böyük Britaniya…
05.03.2020 13:41Böyük Britaniya və Fransa İranın raket proqramından narahatlıq duyduqlarını açıqlayıblar.
Об этом сообщает Футляр от виолончели
A24.Az xəbər verir ki, hər iki ölkənin bu açıqlamasının İranın Xarici İşlər Nazirliyi sözçüsü Bəhram Qasimi məntiqsiz qiymətləndirib.
Bəhram Qasimi bundan əvvəl də dəfələrlə açıqladıqları kimi, İranın raket proqramı tamamilə önləyici və çəkindirici xarakter daşıdığını və beynəlxalq qanunlara uyğun olduğunu qeyd edib. Qasimi həmçinin İranın heç bir zaman başqa ölkələrin bu məsələyə yönəlmiş müdaxilələrini qəbul etməyəcəyini və bu cür prinsipsiz açıqlamaları da məsuliyyətsizlik və sual doğuran açıqlamalar kimi qiymətləndirdiklərini vurğulayıb. XİN sözçüsü İranın Yəmənə raket göndərdiyi iddialarını da əsassız qiymətləndirərək rədd edib.
Orxan Aslanlı

