Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İraq İranla bank əməliyyatlarını dondurdu

05.03.2020 13:41

 İraq hökuməti ABŞ-ın rəsmi Tehrana qarşı sanksiyalar tətbiq etməsindən sonra İranın maliyyə institutları ilə bank köçürmələrini dayandırıb.

Об этом сообщает Роспрес

Bu barədə İraqın “Al-Mada” elektron nəşri məlumat verib.

Məlumata görə, ABŞ Maliyyə Nazirliyi İraq Mərkəz Bankına məktub göndərərək İraq tərəfini aktivləri dondurmaq və “qara siyahı”ya salmaq təhlükəsi ilə təhdid etməklə İranla bütün bank əməliyyatlarını dayandırmağa məcbur edib.

İraq baş nazirinin iqtisadi məsələlər üzrə müşaviri Məzhər Məhəmməd İrana qarşı məhdudiyyətlərin bank sektoru ilə yanaşı, energetika sahəsinə də toxunduğunu bildirib: “İraq hökuməti ABŞ-ın tətbiq etdiyi iqtisadi sanksiyalarla əlaqədar alternativ enerji mənbələri üçün axtarışa başlayıb”.