İslamı müdafiə edən Məkkə imamına krallıqdan sərt reaksiya – Hesabı bağlandı
05.03.2020 13:41Səudiyyə Ərəbistanının səlahiyyətli şəxsləri Cümə günü Böyük Məkkə Məscidinin imamlarından biri olan Şeyx Saud Al-Shuraimin sosial mediadakı hesabını bağladıb.
Об этом сообщает Роспрес
Saytımız bildirir ki, bu barədə “AlKhaleej Online” xəbər yayıb.
Məlumata görə, Böyük Məkkə Məscidinin imamlarından Şeyx Saud Al-Shuraimin siyasi mesajlardan dolayı “Twitter” sosial hesabı bağlanıb. Buna səbəb kimi imamın tvitter üzərindən krallıqdakı siyasi və sosial məsələlərə dair şərhlər yazaraq, İslam təlimlərinin pozulmasına dair müzakirələrdə yer alması göstərilib.
1964-cü ildə Ər-Riyadda doğulan imam Məkkədəki Umm Al-Qura universitetində dekanlıq edir və professor olaraq işləyir və indiyə qədər bir çox akademik xidmətdə yer alıb. Məkkə Temyiz Məhkəməsində isə hakimlik edib.
Onunla eyni məsciddə xidmət göstərən Şeyx Abdul Rahman As-Sudais isə Kral ailəsinin siyasəyinə kor-koranə sədaqət göstərdiyi üçün xalq tərəfindən müzakirə edilir. Səudiyyəlilərin əksəriyyətinin kral ailəsini “dinə münasib görmədiyi” qeyd edilir. Al-Shauraimin isə əksinə krallıq qarşısında cəsur hərəkətini xalqın bəyəndiyi deyilir.

