İsmayıllıya yeni prokuror təyin edildi
05.03.2020 13:41İsmayıllı rayonuna yeni prokuror təyin edilib.
Об этом сообщает Роспрес
A24.az “Report”a istinadən xəbər verir ki, bu barədə Baş prokuror Zakir Qaralovmüvafiq əmr imzalayıb.
Əmrə əsasən, Tural Yusifov İsmayıllı rayon prokuroru vəzifəsinə təyin edilib. O, bu təyinata qədər İsmayıllı rayon prokuroru vəzifəsini müvəqqəti icra edib.
Qeyd edək ki, bu ilin iyul ayında İsmayıllı rayon prokuroru Ülvi Abbasovvə onun böyük köməkçisi Faiq Quliyev korrupsiya ittihamı ilə həbs ediliblər.

