İsrail dinc Fələstinlilərə hücum etdi: 3 ölü, 47 yaralı
05.03.2020 13:41İsrail əsgərləri Qəzza sərhədində 3 Fələstinlini öldürüb, 47 Fələstinlini isə yaralayıb.
Об этом сообщает Футляр от виолончели
A24.Az xarici mediaya istinadən xəbər verir ki, İsrail əsgərlərinin Qəzza sərhədində keçirilən sülh “Böyük Qayıdış Yürüşü”zamanı insanlara açdığı atəş nəticəsində 1-i uşaq olmaqla 3 Fələstinli şəhid olub, 2-si ağır olmaqla 47 Fələstinli yaralanıb.
Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi sözçüsü Əşrəf el-Kudra açıqlamasında, Qəzzanın şərq sərhədində fərqli nöqtələrdə keçirilən dinc nümayişlərə müdaxilə edən İsrail əsgərlərinin Fələstinli gənc İyad Xəlil eş-Şair (18) və 14 yaşlı uşaq Məhəmməd Nayif el-Havm ilə hələ ki, şəxsiyyəti müəyyən edilməyən bir gənci şəhid etdiyini, 2-si ağır olmaqla 47 nəfəri yaraladığını bildirib.
Qeyd edək ki, Fələstinlilər 30 martdan bu yana blokada altındakı Qəzza zolağının İsrail sərhədində “Böyük Qayıdış Yürüşü” adı altında dinc mitinqlər keçirir.
Orxan Aslanlı

