İsrail peykdən Bəşər Əsədin sarayının şəkillərini yayımladı
05.03.2020 13:41İsrail Suriyanın paytaxtı Şamda Bəşər Əsəd rejiminə aid arasında prezident sarayının da olduğu bəzi strateji bölgələrin peykdən çəkilmiş şəkillərini yayımlayıb.
Об этом сообщает Футляр от виолончели
Saytımız türk mediasına istinadən xəbər verir ki, fotoşəkilləri İsrail Müdafiə Nazirliyi mediada paylaşıb.
Nazirlikdən verilən açıqlamaya görə, fotoşəkillər İsrailə məxsus “Ofek 11” adlı kəşfiyyat peyki tərəfindən çəkildiyini bildirib və “bu şəkillər OFC 1 adlı ilk İsrail peykinin buraxılmasının 30-cu ildönümündə təqdim edildi” ifadələrini işlədib.
İsrail mediasında, Əsəd rejimi üçün strateji əhəmiyyətə malik olan bölgənin peykdən çəkilən şəkillərinin Təl-Əviv tərəfindən yayımlanması İsrailin “taktiki təhlükəsi” kimi şərh edilib.
Qeyd edək ki, tez-tez İranın Suriyada yerləşməyə çalışdığını iddia edən İsrail hökuməti Təl-Əvivin İranın Suriyadakı mövcudluğuna qarşı olduğunu dilə gətirir.
Hətta bir müddət əvvəl yerli mediaya açıqlama verən və İsrail ordusuna məxsus adı açıqlanmayan səlahiyyətli şəxs son 18 ay ərzində Suriyada İrana aid olduğu irəli sürülən 200-dən çox hədəfin təyyarələrlə hava hücumlarında vurulduğunu bildirib.
Firuzə Alimova / A24.az

