İsrail Qəzza zolağı ilə sərhədi açır
05.03.2020 13:41İsrail bölgədə gərginliyin azaldığını səbəb gətirərək, Qəzza zolağı ilə sərhəd buraxılış məntəqəsinin işini bərpa edir.
Об этом сообщает Роспрес
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Qəzza Zolağının Mülki İşlər Komitəsi məlumat yayıb.
“İsrail tərəfi bizə bazar günü normal rejimdə işləmək üçün “Erez” və “Kerem-Şalom” sərhəd-keçid məntəqələrini açacağını bildirib”, — deyə mətndə qeyd olunub.
Bildirilir ki, məntəqələr kommersiya və humanitar yüklərin daşınması, həmçinin insanların keçidi üçün istifadə olunacaq.

