Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İsrail Suriya aviabazasını bombaladı

05.03.2020 13:41

İsrail Hərbi Hava Qüvvələrlərinə məxsus F-15 döyüş təyyarələri Suriyanın Homs vilayətindəki T-4 aviabazasına zərbələr endirib.

Об этом сообщает Футляр от виолончели

A24.Az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aprelin 9-da Moskva vaxtı ilə saat 03:25 və 03:53 radələrində İsrailin 2 ədəd F-15 döyüş təyyarəsi Suriyanın hava məkanına girmədən, Livan ərazisindən T-4 aerodromuna 8 ədəd idarəolunan raket atıb.

İdarəolunan raketlərdən 5-i Suriya Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən məhv edilib. Rusiyalı hərbi müşavirlər arasında xəsarət alan olmayıb. SANA agentliyinin yaydığı məlumata görə, hadisədən əvvəl İsrail Hərbi Hava Qüvvələrləri Suriya və Livan arasındakı sərhəd ərazisində kəşfiyyat uçuşları edib. Hadisə nəticəsində azı 14 hərbçinin öldüyü bildirilir. Ölənlər arasında iranlı hərbi müşavirlər də var.

Orxan Aslan, A24.Az