İsrailin müdafiə naziri Fələstinin təhdid etdi
05.03.2020 13:42İsrail müdafiə naziri Aviqdor Liberman Həmasla əldə edilən atəşkəsdən sonra açıqlamalar verib.
Об этом сообщает Роспрес
A24.Az xarici mediaya istinadən xəbər verir ki, Qəzzaya bağlı şərh verən A.Liberman, kobud ifadələr istifadə edərək Fələstinliləri təhdid edib. Liberman, Həmas ilə yeni qarşıdurmaya yaranacağını ifadə edərək, “növbəti mərhələ alnız bir zaman məsələsidir” – deyə bildirib. Həmas ilə Qəzzada yaşanacaq növbəti qarşıdurmanın qaçılmaz olduğunu deyən Liberman, münaqişənin nə vaxt başlayacağını bilmədiyini deyib. Liberman çıxışlarında, “Nə tənqidləri, nə qəzet başlıqlarını nə də ictimaiyyətini cavab olaraq qəbul edəcəyik. Nə etdiyimizi və nə etmək lazım olduğunu bilirik” ifadələrini də bildirib.
Orxan Aslanlı // A24.Az

