İstanbulda güclü partlayış baş verib
05.03.2020 13:42İstanbul Hadımköy qəsəbəsində partlayış baş verib.
Об этом сообщает Руспрес
A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadası gəlib. Məlumata görə, İstanbulun Arnavutköy rayonunun Hadımköy qəsəbəsində, təmizlik ləvazimatları istehsal etdiyi bildirilən bir zavodda güclü partlayş baş verib. CNN Türk-ün canlı yayımında partlayışa dair məlumat verən Demirörən İnformasiya Agentliyinin (DHA) müxbiri Ersan San zavodda heç kimin olmadığını bildirib.
Orxan Aslanlı // A24.Az

