Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

IX Çağırış Kubokunun Bakı seçim turu keçirildi

05.03.2020 13:42

Turda 200-ə yaxın tələbədən ibarət 32 komanda mübarizə aparıb

Об этом сообщает Руспрес

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və “Xəzər” İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” oyunu üzrə ənənəvi IX Çağırış Kubokunun Bakı seçim turu keçirilib.

Bakucity.az-a daxil olan xəbərə görə, “Nə? Harada? Nə zaman?” oyunu üzrə IX Çağırış Kubokununun keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafının təmin olunması, eləcə də intellektual oyunlar hərəkatının bütün ölkəni əhatə etməsinin reallaşdırılmasıdır.

Seçim turu oktyabrın 7-ə Bakıda “Passage 1901” mərkəzində baş tutub. Seçim turunda 15-ə yaxın ali təhsil müəssisəsinin 200-ə yaxın tələbəsindən ibarət 32 komanda mübarizə aparıb.

Nəticədə, seçim turunda ən yaxşı nəticə göstərən komandalar oktyabrın 28-də Bakıda keçiriləcək final oyununa vəsiqə qazanıblar. “Nə? Harada? Nə zaman?” oyunu üzrə IX Çağırış Kubokununun finalında kubokun ənənəvi təsnifatı ilə yanaşı, regionlardan olan çox saylı komandalar üçün ayrıca təşkil olunacaq Regionlar Kuboku da baş tutacaq.