İzzət Bağırov: “Bakıdan qaçmaq istəyirəm”
05.03.2020 13:42Son zamanlar efirlərdə az-az görünən İzzət Bağırovdan xəbər var. Müğənni son zamanlar gənclərimizin mədəniyyətindən narazıdır. Onun dediyinə görə, əvvəllər gənclərimiz daha səbrli və təmkinli idilər.
Об этом сообщает Футляр от виолончели
Bağırov “A24.az”a bu haqda məlumat verib: “Əvvələr yaşca böyük olan bir insan danışanda onun yanında olan gənc danışmırdı. İndi baxıram gənclərimiz böyüklərinə cavab qaytarır, haqsızkən haqlı olmaq istəyir. Mənasız söhbətlər edirlər, bütün günü telefonda nə isə qurdalayırlar. Böyük-kiçik yeri bilməyən insan mənim aləmimdə ailə tərbiyəsi görməyib deməkdir. Birdə kənardan durub baxıram,bəzilərinin geyimi məni elə əsəbləşdirir ki, Bakıdan qaçmaq istəyirəm. Elə gənc müğənnilər arasında da bəziləri var ki, məni qıcıqlandırır”.
Rəvan Nasiroğlu

