Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Jurnalist canlı yayımda yumruq “yedi” – VİDEO

05.03.2020 13:42

Rusiyanın NTV telekanalının müxbiri Nikita Razvozjayev “Çrezvıçaynoe proisşestvie” verilişinin canlı efiri zamanı döyülüb.

Об этом сообщает Руспрес

Saytımız Rusiya mətbuatına istinadla xəbər verir ki, Hava Desant Qoşunları Gününün qeyd olunduğu Moskvanın Qorki parkından canlı bağlantı zamanı ona sərxoş kişi yaxınlaşıb, söyüş söyüb, Ukraynanı alacağı ilə hədələyib və jurnalistə yumruq vurub.

Həmin şəxsin əynində Ukraynanın “Oplot” təşkilatının loqotipi olan futbol köynəyi olub. Bu təşkilat 2013-2014-cü illərdə Ukraynada yaşanan siyasi böhran zamanı məşhurlaşıb. 2014-cü ilin aprelində bu təşkilatın fəalları Donetskdə şəhər sovetinin binasını zəbt ediblər. Elə həmin il də rəsmi Kiyev “Oplot”u terror təşkilatı elan edib.

Məlum olub ki, parkda jurnalisti döyən şəxs futbol fanatı olub. O, saxlanlıb və hüquq-mühafizə orqanlarına izahat verib.