Jurnalisti təhqir edən akademik xəstəxanaya yerləşdirildi: “Bir axmaq həkim demişdi ki, bunun 5-6 ay ömrü qalıb”
05.03.2020 13:42AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov xəstəxanaya yerləşdirilib.
Об этом сообщает Руспрес
Bu barədə A24.az-a akademikin özü məlumat verib. O bildirib ki, 3 gün bundan öncə səhhətində yaranan problemlərlə əlaqədar əvvəlcə Mərkəzi Kliniki Xəstəxanaya, daha sonra isə Respublika Diaqnostika Mərkəzinə yerləşdirilib:
“Bir axmaq həkim demişdi ki, bunun 5-6 ay ömrü qalıb. Amma mənim sağlamlığımda heç bir problem yoxdur. Özünüz də hiss edirsiniz ki, normal danışıram. Həmin gün komada idim. Daha doğrusu, ona görə koma deyirəm ki, dəhşət ağrılarım var idi. Məni Mərkəzi Kliniki Xəstəxanaya, Neftçilər xəstəxanasına və daha sonra Respublika Diaqnostika Mərkəzinə aparıblar. Diaqnostika Mərkəzində yaxınlarıma mənimlə bağlı narahatedici məlumat veriblər. O da doğru çıxmadı. Bu gün xəstəxanadan çıxmışam və hazırda evdəyəm. Ev şəraitində müalicə olunuram. Buna baxmayaraq, demişdilər ki, guya əməliyyat olunmalıyam. Amma əməliyyata ehtiyac olmadı”.
R.Məmmədov bildirib ki, xəstəxanaya böyrəklərində baş verən problemlə bağlı deyil, damar tutulması ilə bağlı yerləşdirilib: “Böyrəklərimdə heç bir problem yoxdur. Mənim səhhətimdə olan problemlər damar tutulmasıdır”.
Qeyd edək ki, R.Məmmədov bir neçə ay bundan əvvəl jurnalisti təhqir etdiyinə görə gündəmə gəlmişdi.

