Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Kənan MM: “Azərbaycan üçün film çəkməyəcəm”

05.03.2020 13:42

A24.Az xəbər verir ki, rejissor Kənan MM “Sim-sim”ə müsahibə verib. Rejissorun səmimi cavablarla dolu müsahibəsini təqdim edirik:

Об этом сообщает Роспрес

– Kənan bəy, “Savaşçı” teleserialına təklif necə gəldi?

– Ötən il “Savaşçı” serialınının bir bölümündə qollarına Azərbaycan bayrağı vurmuşdular. Bizim bir fotoqrafımız var Taleh, o təklif etdi ki, Türkiyənin bayrağını tutaq və yazaq ki, bu da bizim bayrağımızdır. O şəkil internetə sızdı və prodüsserə qədər hamı gördü. Sonra “Savaşçı” tele-serialının Azərbaycanda bir seriyası çəkilməli idi. Amma rəsmiləşdirməyə zaman olmadı. O tele-serialda bir bölümdə Azərbaycan zabitini oynamalı idim. Sonra elə oldu ki, aktyor oyunumu bəyəndilər və mən serialda rolumu davam elətdirdim.

– Türkiyədə kino mühitində problemlər varmı? Ümumiyyətlə, orda sponsor, qonorar, bilet satışı məsələləri necə tənzimlənir?

– Türkiyədə kinonun vəziyyətindən xəbərim yoxdu. Çünki tele-serialda çəkilirəm. Amma insanlar burda ciddi filmə baxmağa həvəslidirlər. Bizim kimi tək komediyaya baxmırlar.

– Kənan bəy, Sim-sim.az saytında aktyorlar Kamran Ağabalayev və Orxan Ata ilə kinonun problemləri ilə bağlı debat yayımlanıb. Sizin, yəqin ki, o debatdan xəbəriniz var. Həmin debatda aktyorlar sponsorlordan şikayətlənib. Siz də sponsorlardan həmişə şikayət edirsiz. Bəs siz bu problemi necə həll edirsiz?

– O debatı oxudum. Kamranın sponsorlarla bağlı fikri ilə tam razıyam. Sponsor problemi heç vaxt həll olunmayacaq. Mən acından ölərəm, amma sponsorun məhsulunu ciddi filmdə reklam etmərəm. Çünki o sənət deyil, məhsulun reklamıdır.

– Siz dram sahəsində bir neçə film çəkmisiz və mənim fikrimcə yetəri qədər baxılıb. Yenidən komediya filmləri çəkməyinizə səbəb nə oldu?

– Üç ciddi film, dram çəkdim ziyan elədim. Heç kim baxmadı. Bir dənə youtube zarafatlarından, vaynlardan ibarət olan filmfason komediya çəkib, pul qazandım. Tarantinonun belə bir sözü var: ”Bir millətin tamaşaçısının səviyyəsi necədirsə, o millətin filmi də elədir.” Yəqin ki, anladınız məni.

– Kənan bəy, bəzi jurnalistlərdən həmişə şikayət edirsiz. Səbəb nədir?

– Heç bir zaman Azərbaycan jurnalistikasından dəstək görməmişəm. Yalnız qalmaqal axtarıblar, şəxsi həyata müdaxilə ediblər. Filmə baxıb, filmdən yox, aktrisanın yubkasının cırılmağından yazırlarsa, Allah Azərbaycan mediasına rəhmət eləsin. Bu bəzən şəxsi qərəzdən irəli gəlir. Ola bilər ki, mənim kimdənsə xoşum gəlməsin, amma o insan sənətçidirsə, ona sənətçi demək lazımdır. Yazsalar da, pozsalar da özləri bilər. Hər halda Allah yüksəldəndi, bəndə alçalda bilməz. Əgər Azərbaycanda rejissor deyəndə ağla gələnlərdən biri mənəmsə, o saytlar, səhifələr məni gözdən sala bilməz. Mənim o cür saytlara hörmətim olmayıb, olmayacaq da.

Mən istəmirəm ki, saytlarda hansısa “mavidən” sonra mənim şəklim olsun. Bu mənim əqidəmə, iç dünyama uzaq olan şeydir. Azərbaycanda rejissor olaraq ağla gəlirəmsə, bunu jurnalistika etməyib. Bunu öz alın tərimin hesabına etmişəm.

Azərbaycan mediası deyəndə təbii ki, bu hamıya aid deyil. Əgər jurnalist deyəndə “instagramda” at oynadanlardan söhbət gedirsə, bu sözlər onlara aiddir. Çox təəssüf ki, əvvəl müğənnilərə disk daşıyanlar bu gün jurnalistikada at oynadır. Onlar mənim üçün ölüb. Çünki heç vaxt onarı ciddiyə almamışam. Onlar da məni ciddiyə almayıb. Ona görə ki, biz başqa dünyaların insanları olmuşuq.

Təbii ki, yaxşı yazan, peşakar saytlarımız da var. Onların da zəhmətini unutmaq olmaz.

– Yeni film çəkməyi planlaşdırısız?

– Film çəksəm də, Azərbaycan üçün çəkməyəcəm. Özüm rejissor, aktyor olaraq 15 ildən sonra başa düşdüm ki, mənim yaradıcılığım Azərbaycanda heç kimə lazım deyil.

– Sizcə, Azərbaycanda dram sahəsində sizdən başqa yaxşı filmi kim çəkə bilər?

– Dram sahəsində Samir Qulamov, Rövşən İsax gözəl filmlər çəkə bilər. Yalnız olar risk edib çəkmirlər. Çünki baxılmayacaq.