Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Kənd babamın adı ilə bağlıdır” – Məktəbin stadionunu satdığı deyilən bələdiyyə sədri DANIŞDI

05.03.2020 13:42

Xəbər verdiyimiz kimi, Masallı rayonunun Qəriblər kənd tam orta məktəbinin stadionunun satışa çıxarıldığı idda olunur.

Об этом сообщает Футляр от виолончели

Bu barədə A24.az-a kənd sakinləri tərəfindən verilən məlumatda deyilir. 0.5 hektar ərazisi olduğu deyilən stadionun artıq yeni sahiblərinə veriləcəyi bildirilir. Hazırda satışa çıxarılan ərazinin hasarlandığı və şagirdlərin stadiona daxil olmasına qadağa qoyulduğu qeyd olunur. Kənd sakinləri stadionun satılmasından narahat olduğunu bildirib. Eyni zamanda, valideynlər orta məktəbdə tədris olunan “Bədən tərbiyəsi” fənninin qüvvədən düşdüyünü vurğulayır. Stadion ərazisinin isə kənd bələdiyyə sədri Müşfiq Ağayev tərəfindən satıldığı deyilir.

A24.az sözügedən stadionun satılması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirmək üçün Qəriblər kənd tam orta məktəbinin direktoru və kənd bələdiyyə sədri ilə əlaqə saxlayıb.

Məktəbin direktoru Şərafət Əliyev A24.az-a açıqlamasında bildirib ki, sözügedən stadion təhsil müəssisəsinin balansında deyil: “Həmin stadion məktəbə aid deyil. Kimin və nəyin balansında olduğunu bilmirəm. Şagirdlərimizə “Bədən tərbiyə” dərsi məktəbin həyətində, idman zalında tədris olunur”.

Stadionun satılmasında adı hallanan Qəriblər kəndinin bələdiyyə sədri Müşviq Ağayev isə bildirib ki, məktəbin stadionu var: “Mən Qəriblər kəndinin əzəli sakiniyəm. Bu kəndi məndən çox kim istəyə bilər? Qərib mənim babamın adı olub. Bu kəndə də ilk dəfə babam gəlib. Kənd onun adı ilə bağlıdır. Məktəbin stadionu da, idman zalı da var. Məktəbin stadionu necə satıla bilər? Qəriblərin stadionu kimi Masallının heç bir kəndində stadion yoxdur. Çünki mən bələdiyyə sədri vəzifəsinə təyin olunan kimi gözəl bir stadion tikdirmişəm. Şikayətçi jurnalistə niyə müraciət edir ki? Başa düşmədim, jurnalist rayonun rəhbəridir, ya idman meydançalarına nəzarət edəndir? Stadionun satılması barədə yayılan məlumatlar şər və böhtandır. Məktəbin həmin hasarlanmış torpağa heç bir aidiyyatı yoxdur. Həmin torpaq sahəsi yaşayış üçün nəzərdə tutulmuş ərazidir. Hasarlanmış torpaq kimə nə dəxli var ki, nədir? Mən o torpaq barədə sizə “otçot” verməliyəm? Hazırda kəndin bütün standartlara cavab verən yüksək keyfiyyətli stadionu var. Onu mən tikdirmişəm. Rusiyada yaşayan imkanlı şəxslərdən xahiş etmişəm və 30-32 min manat vəsait hesabına stadion tikdirmişəm. Mən stadion satmamışam, stadion tikdirmişəm”.