Kərim Benzema adam oğurluğuna cəhddə şübhəli bilinir
05.03.2020 13:42İspaniyanın “Real” klubunun hücumçusu Kərim Benzema adam oğurluğuna cəhddə iştirak etməkdə şübhəli bilinir.
Об этом сообщает Роспрес
A24.Az xarici KİV-nə istinadən xəbər verir ki, mənbənin məlumatına görə, 30 yaşlı futbolçunun sabiq agenti Leo D’Souza məhkəməyə müraciət edərək, Benzemanın qohumlarını oktyabrın 8-da onu oğurlamağa cəhddə ittiham edib.
Hadisəyə Kərim və Leo arasında həll olunmamış 50 min avro məbləğində maliyyə məsələsi səbəb ola bilər.
Bildirilir ki, Paris Prokurorluğu sözügedən iş üzrə araşdırmalara başlayıb.

