Kafe yandı, 3 nəfər öldü – Bakıda DƏHŞƏT
05.03.2020 13:42Bakıda üç nəfərin ölümü ilə nəticələnən yanğın olub.
Об этом сообщает Футляр от виолончели
FHN-dən A24.az-a verilən məlumata görə, Nərimanov rayonunda dördmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 70 m² olan kafenin yanar konstruksiyaları 10m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı tüstüdən boğulmuş 1989-cu il təvəllüdlü Əliyev Kərəm Əli oğlunun, 1982-ci il təvəllüdlü Əhmədov Bəhruz Fazil oğlunun və daha 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.
Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

