Kanada xəstəxanalarında həkim böhranı: “Səudiyyəli mütəxəssislər gedəndən sonra vəziyyət çətinləşib”
05.03.2020 13:43Kanada ilə Səudiyyə Ərəbistanı arasında avqustun 6-dan başlayan böhran, Səudiyyə Ərəbistanının vətəndaşlarından bu ölkəni tərk etmələrini istəməsi səbəbilə Kanada xəstəxanalarında cərrahiyyə əməliyyatlarında çətinliklər yaranmağa başlayıb.
Об этом сообщает Роспрес
A24.Az xarici mediaya istinadən xəbər verir ki, Nova Scotia əyalətinin səhiyyə idarəsinin müdiri Mark Teylor, mətbuat nümayəndələrinə verdiyi açıqlamada, vilayətdə xidmət edən 59 Səudiyyə Ərəbistanlı səhiyyə işçisinin diplomatik böhran səbəbilə ayrılmasının cərrahi əməliyyatlarda gecikmələrə səbəb olacağını söyləyib.
Teylor, Səudiyyə sağlamlıq işçilərinin yaratdığı boşluqları doldurmağın qısa dövrdə çətin olduğunu bildirib. Teylor, Dalhousie Universiteti və Əyalət Səhiyyə İdarəsi rəhbərliyinin ortopediya, ürək kimi cərrahi sahələrdə mütəxəssis cərrah ehtiyaclarını ödəmək üçün çalışdıqlarını, daxili xəstəlikləri isə ən problemli sahə olduğunu qeyd edib.
Teylor, “Səudiyyə sağlamlıq personalından bəzilərinin təhsillərində çox stajlı olduqları üçün olduqca inkişaf etmiş mütəxəssis idilər bu səbəbdən gedənlərin yerini dərhal doldurmaq mümkün deyil”, – deyə bildirib.
Teylor, ehtiyacları olan peşəkar səhiyyə mütəxəssislərini, Quebec və Ontario kimi daha böyük tibb məktəblərinə malik ştatlardan işə götürməyə çalışacaqlarını bildirdi. Teylor, “Kanadadakı digər bir çox xəstəxanalarda eyni vəziyyətdədirlər. Montrealda Makgil Universitetinin və Toronto Universiteti, bizdən daha da pis vəziyyətdədirlər”, – deyə vurğulayıb.
Nova Scotia Əyaləti Səhiyyə İdarəsi sözçüsü Con Gillis də əyalət miqyasında ortopediya sahəsindəki 23 cərrahdan 10-nun, ürək cərrahiyyəsindəki 9 cərrahdan 4-nün və əməliyyatda çalışan 24 assistentinin Səudiyyəli olduğunu açıqlayıb.
Orxan Aslanlı // A24.Az

