Kəbənin imamı həbs edildi
05.03.2020 13:43Kəbənin imamı Şeyx Saleh əl-Talib həbs edilib.
Об этом сообщает Руспрес
A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna imamın “Twitter” paylaşımı olub.
İmam sözügedən paylaşımında qadın və kişilərin konsertlərdə birgə əylənməsinin dini prinsiplərə zidd olduğunu bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman bir neçə gün əvvəl CBS telekanlına müsahibəsində ölkəsində qadın və kişilərin eyni məclisdə iştirak etməsinə qarşı olan irqçiləri tənqid edib, qadın və kişilərin eyni məclisdə iştirakının islam peyğəmbərinin həyat tərzinə uyğun olduğunu deyib.
Lakin imam xütbəsində Səudiyyə Ərəbistanının kral ailəsinin üzvlərini tənqid etməyib, buna görə həbs ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.
Səudiyyə Ərəbistanı hələki məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
İmamın həbs edilməsindən dərhal sonra “Twitter” hesabının dondurulması da diqqətdən yayınmayıb.

