Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Keçmiş arvadının “Whatsapp”ına mesaj yazan kişini belə cəzalandırdılar

05.03.2020 13:43

Keçmiş həyat yoldaşının “Whatsapp” nömrəsinə mesaj yazan kişi 40 şallaq zərbəsi ilə cəzalandırılıb.

Об этом сообщает Футляр от виолончели

A24.az ərəb mediasına istinadən xəbər verir ki, olay Səudiyyə Ərəbistanında qeydə alınıb. Belə ki, Səudiyyə Ərəbistanı vətəndaşı qanuni şəkildə boşandığı keçmiş arvadına çoxsaylı mesajlar yazaraq onu təhqir edib. Üç uşaq atası olan kişi keçmiş xanımından övladlarını tələb edib. Daha sonra ona təhqiramiz mesajlar yazaraq ölümlə hədələyib.

Səudiyyə Ərəbistanının hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar nəticəsində keçmiş arvadına təhqiramiz mesajlar yazan kişi saxlanılıb. Onun 600-dən çox təhqir dolu mesaj yazdığı məlum olub.

Ölkənin qanunlarına əsasən, sosial şəbəkələrdə təhqir cinayət tərkibi daşıdığına görə kişi 40 şallaq zərbəsi ilə cəzalandırılıb.