Keçmiş “kedicik” Adnan Oktarın həbsinə sevindi
05.03.2020 13:43Adnan Oktarın keçmiş “kedicik”lərindən olan Ceylan Özgül keçirilən əməliyyata sevinərək paylaşım edib.
Об этом сообщает Роспрес
Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, paylaşımından keçmiş “kedicik”in çox sevindiyi görünür.
Belə ki, Özgül sosial media hesabından İstanbulda keçirilən əməliyyatla bağlı “Bu gün günəş daha gözəl çıxıb” paylaşımını edib.
Qeyd edək ki, Adnan Oktarın tanınmış “kedicik”lərindən biri olan Ceylan Özgül Adnan Oktarın yanından ayaqlarında tərlik və yataq paltarıyla qaçdığını iddia edib. Özgül Adnan Oktarın yanında özüylə bağlı heç bir qərarı özünün verə bilmədiyini söyləyib.

