“Kedicik”lər estetik əməliyyatlara ödədikləri məbləği açıqladılar
05.03.2020 13:43Adnan Oktarla bağlı həyata keçirilən əməliyyat zamanı saxlanılan “kedicik”lər aylıq gəlirlərinin olmadığını deyiblər.
Об этом сообщает Руспрес
Saytımız Türkiyə KİV-nə istinadən xəbər verir ki, ifadələrində Adnan Oktarı öyməyə davam edən “kedicik”lər işsiz olduqlarını və aylıq gəlirlərinin olmadığını bildiriblər.
Gəlirlərinin olmadığını deyənlərdən Dilem K., Deniz T., Zeynep B., Zeynep Y. və Ferhunde B. Esra S. ailələrinin imkanlı olduqlarını qeyd ediblər.
Aylıq gəlirlərinin olmadığı “kedicik”lərin necə lüks həyat yaşadıqları isə sual doğurur. Yaxtalarda gəzərək hovuz ətrafında şənliklər keçirən “kedicik”lərin estetik əməliyyatları isə 75 min lirəyə başa gəlir.
Belə ki, eyni bədən quruluşuna məxsus olan “kedicik”lərin əksəriyyəti Braziliya çanağına sahib olmaq üçün 25, silikon dodaq 5, silikon süd vəzi 15, almacıq sümüyünə edilən botoksa 5, piylərin alınması üçün 15, burun əməliyyatına 10 min lirə ödəyərək ideal “kedicik” olurlarmış.

