Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Kənd təsərrüfatı nazirinin yeni müavini təyin olundu

05.03.2020 13:43

Azərbaycan kənd təsərrüfatı nazirinin yeni müavini təyin olunub.

Об этом сообщает Роспрес

A24.Az-ın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin Hüquq şöbəsinin müdiri İlhamə Qədimova nazir müavini təyin edilib.

İ.Qədimova Bakı şəhərində anadan olub. 1993-2009-cu illərdə Türkiyənin Ankara və Mərmərə universitetlərində hüquqşünas ixtisası üzrə bakalavr, dövlət hüquqi üzrə magistratura, doktorantura təhsili almış və hüquq elmləri üzrə doktor elmi dərəcəsi alıb.

Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür. 2010-2012-ci illərdə Prezident yanında Dövlət Qulluğu Komissiyasında hüquqi təminat şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb. 2012-ci il 18 dekabr tarixindən Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin müdiri vəzifəsində işləyib. 2018-ci ilin may ayından Kənd Təsərrüfatı Nazirliyinin Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.