Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Kim Kardaşyan “erməni soyqırımı” ilə bağlı Trampa müraciət etdi

05.03.2020 13:43

Kim Kardaşyan özünün “Twitter” sosial səhifəsində qondarma “erməni soyqırımı”nın 103-cü ildönümü ilə bağlı şəkil və yazı paylaşıb.

Об этом сообщает Руспрес

Saytımız erməni mediasına istinadən xəbər verir ki, paylaşımında həmçinin Kardaşyan çıxışı zamanı “erməni soyqırımı” deməyən ABŞ prezidenti Donald Trampa da müraciət edib:

“Ümid edirəm ki, ABŞ da digər ölkələr kimi erməni soyqırımını qəbul edə bilər. Heç vaxt unutmayın”.

Bundan başqa, dünən Kim Kardaşyan Ermənistandakı siyasi hadisələr barədə yazı paylaşıb. Daha sonra “erməni soyqırımı”nın 103-cü ildönümü ilə bağlı bunları qeyd edib:

“Bu gün Osmanlı imperiyası dövründə 15 milyon erməninin öldürüldüyü “erməni soyqırımı”nın 103-cü ildönümüdür. Türkiyə bu günə qədər soyqırım törətdiyini rədd edir”.

Qeyd edək ki, ötən gün Tramp 1915-ci il hadisələrinin 103 illiyi ilə bağlı çıxışında “erməni soyqırımı” ifadəsini işlətməyib. ABŞ prezidenti məlum olayları “böyük fəlakət” adlandırıb.