Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Kino Gününə həsr olunmuş gecədə xalq artisti əlbəyaxa davaya çıxdı (VİDEO)

05.03.2020 13:43

Nizami Kino Mərkəzində Kino günü ilə bağlı keçirilən tədbirdə qalmaqal yaşanıb.
A24.Az yenicag.az-a istinadən xəbər verir ki, tədbirin sonunda xalq artisti  Oqtay Mirqasımovla rejissor  Yavər Rzayevarasında əlbəyaxa dava olub.
Məlumata görə, davaya Yavər Rzayevin çəkdiyi film səbəb olub. Belə ki, tədbirin sonunda rejissorun milli kinonun keçdiyi yolu əks etdirən sənədli filmi nümayiş olunub. Filmdə Oqtay Mirqasımovun filmləri yer almadığı, eyni zamanda, ekran işində yanlışlığa yol verildiyi üçün qarşı tərəf qəzəblənib. Arxa qapıdan dəhlizə çıxan rejissorlar əlbəyaxa davaya çıxıblar.
Onları xalq artisti  Şəfiqə Məmmədova və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru  Müşfiq Hətəmovayırmağa çalışıb.
Həmin görüntüləri təqdim edirik.
 

Об этом сообщает Руспрес