Kişilər niyə qadınların sinələrini sevir?
05.03.2020 13:43Qadınların süd vəzləri insan var olduğu gündən çox əhəmiyyətli və müqəddəs bir orqan sayılır. Körpənin dünyaya gəlməsi isə süd vəzlərinin funksionallığını artırır. Çünki ana süd vəzləriylə övladını doyuzdurmağa çalışır.
Об этом сообщает Футляр от виолончели
-Uşaqlar üçün ən rahat, təhlükəsiz və mükəmməl yer analarının sinələridir. Kişilər də şüuraltı o gözəl günləri xatırladıqları üçün qadınların sinələrini hüzurlu və təhlükəsiz sayırlar. Ona görə də başlarını hər zaman həyat yoldaşlarının sinəsinə qoyub yatmaq istəyirlər.
-Kişilərə görə qadının süd vəzləri onun ana olma simvoludur. Bir insanın böyüyüb inkişaf etməsində süd vəzi ən təsirli qida mənbəyi olduğu üçün müqəddəsdir.
-Süd vəzləri qadınları oyandıran, təhrik edən açardır. Cinsi münasibət zamanı qadınları oyandırmağın ən asan yolu süd vəzləridir. Kişilər bundan istifadə edib yaxınlıq zamanı daha çox həzz alırlar.
-Ümumiyyətlə, kişilər üçün qadının genital bölgəsindən sonra diqqət çəkən yer qadının sinəsidir. Bir kişi üçün qadının fiziki görünüşündə ən vacib yer də elə onun sinəsidir.
-Qadınların sinələri hər zaman cazibəlidir. Hər zaman gizli və bağlı saxlandığı üçün daha çox diqqət çəkən və arzuolunan bir şeydir. İnsanlar hər zaman özlərində olmayan və ya gizli olan şeyin marağında olur və onun arzulayırlar. Odur ki, qadınların sinələri kişilər üçün qadağan olunmuş meyvə mənasındadır.
-Diqqət çəkən olmaları… Kişilər sizinlə danışan zaman adətən üzünüzə deyil, sinənizə baxaraq danışar. Fiziki, psixoloji və sosial mühitdə göz qarşısında olan bir şeyin diqqət çəkən olması normaldır. Hətta eyni şeydən iki ədəd olması da kişilər üçün daha cazibədardır. Hətta bunun daha çox olmasını istəyən kişilər də az deyil.

