Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Koçaryanın Ermənistanı tərk etməsinə qadağa qoyuldu

05.03.2020 13:43

Ermənistanın sabiq prezidenti Robert Koçaryana ölkəni tərk etmək qadağan olunub.

Об этом сообщает Руспрес

Saytımız “Sputnik Armenia”ya istinadən xəbər verir ki, müvafiq qərar Ermənistanın Xüsusi İstintaq Xidməti tərəfindən qəbul olunub.

Qurumun müstəntiqi Koçaryan barəsində hökm qismində ondan ölkəni tərk etməməsi haqqında yazılı iltizamın alınmasını seçib.

Qeyd edək ki, bir müddət öncə mətbuatda Koçaryanın Almaniyada müayinədən keçmək məqsədi ilə ölkəni tərk etmək istədiyi barədə məlumat yayılıb. Sonradan məlum olub ki, onun sənədləri hüquq-mühafizə orqanlarındadır.