Kök polislər işdən çıxarılacaq
05.03.2020 13:43Hindistanın Karnataka bölgəsində kök olan polislər işdə çıxarılacaq.
Об этом сообщает Роспрес
Saytımız türk mediasına istinadən xəbər verir ki, buna səbəb Hindistanda həyat tərziylə əlaqədar polislər arasında bəzi xəstəliklərin artmasıdır. Ona görə də Karnataka bölgəsindəki təhlükəsizlik xidmətində işləyən polislərə arıqlamaları məsləhət görülüb, əks halda işdən çıxarılacaqları barədə xəbərdarlıq edilib.
Adıçəkilən bölgənin təhlükəsizlik xidmətinin müdiri Bhaskar Rao kök işçilərinin artmasından narahat olduğunu, son 18 ay ərzində 100-dən çox polisin həyat tərziylə əlaqədar yaranmış xəstəliklərdən dolayı həyatını itirdiyi üçün bu qərarı verdiyini bildirib. O həmçinin qeyd edib ki, polislər düyü və qızardılmış yemək yeyir, içki içir və siqaret çəkir, idmanla məşğul olmurlar.
Qərara görə həmin kök polislər axtarılacaq və onlara həyat tərzlərini, qidalanma vərdişlərini dəyişdirmələri üçün kömək ediləcək. Bu işlə məşğul olan qurum artıq yoqa, üzmə və müxtəlif idman növlərinin açılması üçün fəaliyyətə keçib.
Qərarın qüvvəyə mindiyi təhlükəsizlik xidmətində 14 min polis işləyir. Polislərə verilən arıqlama proqramı işə yaramasa onların işdən qovulması gündəmdədir.

