Kokorin və Mamayev təcridxanada tualet yuyur
05.03.2020 13:43İki saylı təcridxananın rəisi Sergey Telyatnikov “Butırka” təcridxanasında “Zenit” klubunun hücumçusu Aleksandr Kokorin və “Krasnodar” klubunun yarımmüdafiəçisi Pavel Mamayevin saxlanma şəraiti ilə bağlı açıqlama verib.
Об этом сообщает Футляр от виолончели
A24.Az xəbər verir ki, onun fikirlərini “Moskovskiy komsomolets” yayımlayıb.
Telyatnikov deyib ki, futbolçuları 2-4 nəfər üçün nəzərdə tutulan balaca kameralara göndərib. O bildirib ki, Kokorin və Mamayevin heç bir problemi yoxdur: onlardan pul alınmır, onlar könüllü şəkildə qonşuları ilə növbəli şəkildə tualet yuyurlar.
Kokorin və Mamayev dekabrın 8-dək təcridxanada saxlanılacaq. Futbolçular oktyabrın 8-də Moskvada iki davada iştirak ediblər. Onlar əvvəlcə aparıcı Oleq Uşakovun sürücüsünü döyüblər. Daha sonra isə məmurlar Denis Pak və Sergey Qaysinə xəsarət yetiriblər.

