Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Komitələrlə bağlı yayımlanan xəbərlərdə şokedici məqam – ANALİZ

05.03.2020 13:43

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2017-ci ilin iyul ayı üzrə analiz işini yekunlaşdırıb.

Об этом сообщает Руспрес

Saytımız Media Təqib Mərkəzinə istinadən dövlət komitələri ilə bağlı iyul ayı üzrə məlumatları təqdim edir:

2017-ci ilin iyul ayında elektron mətbuatda, yəni sayt və portallarda komitələrlə əlaqəli 5586 xəbər yerləşdirilib. Bunlardan 505-i müsbət və 5081-i isə neytral xəbərlərdir. Müsbət xəbərlər Dövlət Gömrük Komitəsi (404 xəbər – gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısını alması), Diasporla İş üzrə Dövlət Komitəsi (56 xəbər – komitənin əməkdaşları təltif olunublar) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (45 xəbər – qadağan olunmuş dini ədəbiyyat aşkarlanıb) aiddir. İyul ayında elektron mətbuatda bu sektorla əlaqəli mənfi xəbər verilməyib.

Xəbər sayına görə sıralama:

1 Dövlət Gömrük Komitəsi 1325 xəbər
2 Dövlət Statistika Komitəsi 1002 xəbər
3 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 796 xəbər
4 Diasporla İş üzrə Dövlət Komitəsi 774 xəbər
5 Əmlak Məsələləri Dövlət Komitəsi 736 xəbər
6 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 342 xəbər
7 Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi 315 xəbər
8 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 204 xəbər
9 Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 82 xəbər
10 Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi 10 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1087 xəbər dərc edilib. Bu xəbərlərdən 1038-i neytral,  49-u isə müsbətdir. Müsbət xəbərlər Dövlət Gömrük Komitəsinə (49 xəbər – gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısını alması) məxsusdur. İyul ayında yazılı mətbuatda bu sektorla əlaqəli mənfi xəbər dərc olunmayıb.

Xəbər sayına görə sıralama:

1 Dövlət Gömrük Komitəsi 231 xəbər
2 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 187 xəbər
3 Dövlət Statistika Komitəsi 178 xəbər
4 Əmlak Məsələləri Dövlət Komitəsi 146 xəbər
5 Diasporla İş üzrə Dövlət Komitəsi 128 xəbər
6 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 71 xəbər
7 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 69 xəbər
8 Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi 53 xəbər
9 Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 18 xəbər
10 Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi 3 xəbər

İyul ayında televiziya kanallarında komitələr haqqında 456 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 150 xəbər
2 Dövlət Gömrük Komitəsi 126 xəbər
3 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 54 xəbər
4 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 52 xəbər
5 Dövlət Statistika Komitəsi 43 xəbər
6 Əmlak Məsələləri Dövlət Komitəsi 14 xəbər
7 Diasporla İş üzrə Dövlət Komitəsi 14 xəbər
8 Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2 xəbər
9 Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi 1 xəbər

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Əlaqə:

+994 12 409 90 09

+994 51 408 08 88

+994 12 408 08 88

[email protected]