Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Konor Makqreqorla Həbib mətbuat konfransında Putini bölüşə bilmədilər – VİDEO

05.03.2020 13:43

İrlandiyalı MMA döyüşçüsü Konor Makqreqor Qaydasız Döyüş Çempionatının (UFC) rusiyalı qalibi Həbib Nurməhəmmədovla üz-üzə gəldiyi döyüş öncəsi mətbuat konfransında maraqlı dialoq yaşanıb.

Об этом сообщает Роспрес

Saytımız xarici mediaya istinadən xəbər verir ki, siyasi motiv daşıyan dialoqun yaranmasına səbəb jurnalistin verdiyi sual olub.

Belə ki, jurnalistlərdən biri Həbib Nurməhəmmədova “Konor Vladimir Putinə hörmətsizlik edərsə, reaksiyanız nə olar?”, – deyə sual verib.

Rusiyanın adından döyüşəcək Həbib isə “böyük döyüş olacaq. Nə hiss edəcəm? Heç bir reaksiyam olmayacaq, çünki mən heç vaxt adımın şəxsiyyətindən asılı olmayaraq, kiminləsə hallanmasını istəmirəm, fərq etməz bu prezidentdir, yaxud başqa birisi” ifadələrlə sualı cavablandırıb.

Bu zaman Konor “Sən prezidentin Vladimir Putinə hörmətsizlik edirsən? Sən bununla nə demək istəyirsən? İzah elə!” deyərək masadan ayağa qalxıb.

Həbib “xeyir, prezidentə hörmətsizlik etmirəm, aşağı otur, izah edəcəm” desə də, Konor onun sözünü kəsib və rəqibini yaşadığı ölkəsini və dilini dəyişməkdə ittiham edib. Və bildirib ki, onun yaşadığı ölkənin və dilin tarixi keçmişi var: “Biz İngiltərə imperiyasını yaratmaq üçün döyüşmüşük”.

“Yaxşı, o zaman sən niyə dilini dəyişmisən, öz doğma dilində danışmırsan? İngiltərə imperiyasından bəhs edirsən. Amma mən səninlə Dağıstan, rus, ingilis, türk və ərəb dillərində danışa bilərəm. Nolub sənə, ingilislər dilini dəyişib?”, deyərək Həbib rəqibinin cavabını verib.

Xatırladaq ki, Nurməhəmmədov – Makqreqor döyüşü oktyabrın 6-da Las-Veqasda keçiriləcək.

Saytımız mətbuat konfransından sözügedən görüntüləri təqdim edir:

Firuzə Alimova / A24.az