Kontenin London təmsilçisi ilə aralarındakı gərginlik davam edir
05.03.2020 13:44Son iş yeri İngiltərənin “Çelsi” klubu olan Antonio Kontenin London təmsilçisi ilə aralarındakı gərginlik hələ də davam edir.
Об этом сообщает Руспрес
A24.az-ın “Goal.com”a istinadən yaydığı məlumata görə, vəzifəsindən vaxtından əvvəl göndərildiyi üçün London təmsilçisindən 10 milyon avro təzminat alan italiyalı mü
təxəssis, tərəflər arasındakı razılığa əsasən, bu mövsümün sonuna qədər heç bir komandanı çalışdıra bilməz.
Kontenin “Real”dan (Madrid) təklif aldığı bildirilsə də, Britaniya mediası onların arasında görüş olmadığını yazıb.
İngiltərə mətbuatı Kontenin “Çelsi”dəki işinə yeni mövsümün başlanması ərəfəsində son verildiyi üçün klubu məhkəməyə verə biləcəyini bildirib.
İtaliya mətbuatı isə yazır ki, Konte özü hər nə qədər də “Real”ı çalışdırmaq istəsə də, “Çelsi” ilə aralarındakı “soyuq müharibə”yə görə 2019-cu ilin sonuna kimi heç bir klubu çalışdıra bilməyəcək.

