Kral Məhəmməd qızı yaşda rus modellə evləndi
05.03.2020 13:44Rusiyalı model, “Miss Moskva 2015” gözəllik müsabiqəsinin qalibi Oksana Voevodina Malayziya kralı 5-ci Məhəmmədə ərə gedib.
Об этом сообщает Роспрес
A24.Az bildirir ki, toy Moskva vilayətindəki “Barvikha Concert Hall”da olub.
49 yaşlı kral 5-ci Məhəmməd və 25 yaşlı O.Voevodinanın toyunda çəkilmiş bəzi fotolar İnstagram-da paylaşılıb.
Rus modelin əynində 1,2 milyon avroluq gəlinlik vardı. Kral 5-ci Məhəmməd isə ənənəvi malayziyalı libasında idi.
Spirtli içkilərin olmadığı toyda qonaqlara, sadəcə, halal təamlar verilib.
Rakyatku News-ın məlumatına görə, Oksana Voevodina yarım il əvvəl İslamı qəbul edərək müsəlman olub, adını da dəyişərək “Rihana”ya dönüb.
Toydan sonra gəlin “kraliça” titulunu daşıya bilməyəcək, çünki Malayziya qanunlarına görə, “kraliça” tituluna yalnız ölkə vətəndaşı olan qadın yiyələnə bilər.
Əvvəllər kral ailəsinin üzvü olan qadınla evlənmiş 5-ci Məhəmməd 2008-ci ildə boşanıb.//Milli.Az

