Kraliyyət ailəsinin yeni gəlini rəzil oldu: Atası pul qarşılığında…
05.03.2020 13:44Prins Harri ilə həyatını birləşdirməyə hazırlaşan aktirsa Meqan Marklın atası vəziyyəti gərginləşdirib.
Об этом сообщает Футляр от виолончели
A24.Az xəbər verir ki, bir müddət öncə, dünya mətbuatında Meqanın atası Tomas Marklın, gizlicə çəkilən fotoları üzə çıxmışdı.
Fotolarda Marklın əlində İngiltərənin tarixi kitabı, internet klubların birində, prins Harri ilə qızının şəkillərinə baxırdı.
İngiltərə mətbuatı həmin fotoların gizlicə deyil, pul qazanmaq məqsədilə çəkildiyini ortaya çıxarıb. Belə ki, Tomas Markl fotoqraf Cef Raynerin pul qarşılığında, şəkillərini çəkməsinə razılıq verib. Çəkilən fotolar 100 min ingilis funtu qarşılığında qəzetlərə satılıb.
Yazılan xəbərlərdən sonra Meqanın atası, qızını və kraliyyət ailəsini utandırmamaq üçün mayın 19-u keçiriləcək toyda iştirak etməkdən imtina edib. Meqanın dostlarından biri “Daily Mail” qəzetinə müsahibə verərək, aktrisanın, atasını hər şeyə rəğmən toyunda görmək istədiyini bildirib.
Nərmin Kərim

