Kürdəmirdə orta məktəbin tavanı belə uçdu – VİDEO
05.03.2020 13:44Kürdəmir rayonunda tavanı uçan orta məktəbin görüntüləri yayılıb.
Об этом сообщает Руспрес
A24.az-ın əldə etdiyi məlumata görə, rayonun Qarasu kəndində yerləşən Elşad Qurbanov adına tam orta məktəbin tavanının uçmasının görüntüləri yayılıb. Belə ki, dərs zamanı qəza təhlükəsi ilə üzləşən məktəbin dəhlizinin tavanı qəfildən uçub.
Xoşbəxtlikdən uçqun hadisəsi baş verən zaman şagirdlər siniflərdə olub.
Hadisə nəticəsində xəsarət alan olmasa da, həmin günü şagirdlər evə buraxılıb və dərslər yarımçıq qalıb.
Təhsil Nazirliyindən verilən məlumata görə, uçqun baş verən tam orta məktəbin 2-ci tədris korpusu 1967-ci ildə 5 sinif otağı olmaqla tikilib. Məlumata görə, bünövrəsi və divarları pud daşından tikilən tədris korpusunun koridorunun tavanı ağac materialı olan diktlə üzlənib: “Damdan yağış sularının sızması nəticəsində həmin tavan üzlüyü aşınıb. Koridorda tavan üzlüyü uçan hissədə yerləşən bir sinif otağında tədris dayandırılıb. Məktəbin digər otaqlarına ziyan dəyməyib, məktəbdə tədris davam edir. Təhsil Nazirliyinin mütəxəssisləri məktəbin korpusuna baxış keçirəndən sonra verilən rəyə əsasən müvafiq tədbirlər görüləcək”.

