Leonardo da Vinçinin yadplanetli olduğu üzə çıxdı – İDDİA
05.03.2020 13:44Leonardo da Vinçinin tablolarını simmetrik olaraq birləşdirib incələyən UFO araşdırmaçıları məşhur rəssamın əsərlərində yadplanetliləri çəkdiyini irəli sürüb.
Об этом сообщает Футляр от виолончели
Saytımızın Türkiyə mediasından əldə etdiyi məlumata görə, internetin məşhur video paylaşım platforması “YouTube”dakı “The Paranormal Crucible” adlı kanal renesans dövrünün rəssamı olan Leonardo da Vincinin tablolarında gizlədilmiş yadplanetli cizgilərinin yer aldığını irəli sürüb. İtaliyalı rəssamın “Vaftizçi Yahya” əsərini araşdıran “YouTube” kanalı tablonun dünyadan kənarda həyatın olduğuna dair sübutun olduğunu iddia edib.
Kompüterdə araşdırılan və simmetrik olaraq birləşdirilən əsərdə meydana çıxan yadplanetli sifətlərinin göstərildiyi videoda “Bir çox nəzəriyyəçilər Da Vinçinin qəsdən əsərlərində gizli kodlar və subliminal mesajlar gizlətdiyinə inanır” ifadələrini işlədilib. Yadplanetlilər haqqında yayımlar edən “UFO Sightings Daily” saytının yazarı Skot Varing isə məşhur rəssamın tablolarında yadplanetli görüntülərini gizlətmiş olmasının mümkün olduğunu dilə gətirərək “işlərində gizli mesajlar verməklə tanınırdı. Qeyri-adi qabiliyyəti yadplanetlilərdən gəlmiş ola bilər. Və ya o da yadplanetlilərdən biri olub” deyə qeyd edib.
“UFO ovçusu” ləqəbi ilə tanınan Varing “Da Vinçi geniş bir yaradıcılıq qabiliyyətinə, yüksək intellektual dünyagörüşə sahib idi. Leonardo kimi fərqli mövzularda əsərlər yaratmaq, bütün bu göstəricilər onun yadplanetli ola biləcəyini göstərir” deyib.
Firuzə Alimova

