Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Linza taxarkən diqqət etmədiyimiz 6 yanlış – MƏSLƏHƏT

05.03.2020 13:45

Linzadan istifadə edən insanların ümumən nəzərə almadıqları bu 6 yanlış göz sağlamlığına olduqca mənfi təsir edir.

Об этом сообщает Роспрес

Yeni linzaların yaratdığı rahatlıq və imkanlar sayəsində onların istifadəsini günümüzdə daha da çoxaldır. Lakin linzalardan istifadə edərkən təmizlik qaydalarına diqqət edilmədiyi təqdirdə ciddi sağlamlıq problemləri ortaya çıxır.

Yanlış linza istifadəsi ilə əlaqədar olaraq ciddi göz problemləri ilə həkimə müraciət edən xəstələrin sayının artdığını nəzərə çatdıran göz həkimləri linza istifadəçiləri üçün vacib məsləhətlər veriblər.

Həyatınızı asanlaşdıran və yaşam keyfiyyətinizi yüksəldən linzalar düzgün istifadə edilmədiyi zaman ciddi problemlərə səbəb ola bilir. Göz həkimi ilə məsləhətləşmədən eynəkdən kontakt linza istifadəsinə keçməməyi məsləhət görən mütəxəssislər belə buyurur:

“Linza almağa qərar verərkən eynəyinizin hansı nömrə olması kifayət etmir. Gizli olan və yalnız həkiminizin xüsusi cihazlar vasitəsi ilə öyrənə biləcəyi digər məlumatlara da ehtiyac vardır. Məsələn, göz əyriliyi, göz dibi kimi… Linza almağa qərar vermisinizsə mütləq həkimə getməlisiniz. Sadəcə sizin üçün linza ölçüləri deyil, gözünüzdə linza istifadəsinə mane ola biləcək bir hal və ya linzadan əvvəl müalicə olunması vacib olan bir narahatlığınızın olub-olmadığını da təsbit edəcək bu sahədə yeganə insan həkimdir”.

Təmizlik vacibdir – həyatın hər anında təmizliyə diqqət etmək lazımdır.  Ancaq gözümüzə linza taxarkən təmizliyə daha çox diqqət etməkdə fayda var. Əks təqdirdə görünüşünüzü düzəltməyə çalışan zaman müxtəlif göz xəstəliklərinə yol aça bilərsiniz. Əllərin çox yaxşı yuyulması, linzanın suyunun vaxtlı-vaxtında dəyişdirilməsi, başqasının linzasını taxmamaq ən vacib təmizlik şərtlərindən sayılır.

Qadınların diqqət etməsi vacib olan bir təmizlik də var. Bu makiyajdır. Linzanın təmiz qala bilməsi üçün makiyajdan əvvəl taxmaq və ancaq makiyaj təmizləndikdən sonra çıxarmaq lazımdır. hətta linzanın günlərlə gözdə qalması da təmizlik baxımından ən pis təsir göstərən fakorlardan biridir.

Göz sağlamlığı üçün bu yanlışlara diqqət edin:

  • Həkim nəzarəti və resepti olmadan sadəcə göz nömrəsi ilə linza almaq;
  • Təmizlik qaydalarına diqqət etməmək;
  • Linzanı yatmazdan əvvəl çıxartmamaq;
  • Aylıq linzaları 30 gündən, günlük linzaları 24 saatdan çox müddət ərzində taxmamaq;
  • Hovuza, dənizə və duşa linza ilə girməmək;
  • Gözdə infeksiya olduğu halda linza taxmaqda davam etmək;