Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

London “Skripal işi”ndə üçüncü şübhəlinin adını açıqladı

05.03.2020 13:45

Böyük Britaniya xüsusi xidmət orqanı və terrorçuluqla mübarizə üzrə polis idarəsi Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq zabiti Sergey Skripal və qızı Yuliyanı zəhərləməkdə şübhəli bilinən üçüncü şübhəlinin adını açıqlayıb. 

Об этом сообщает Роспрес

Bununla bağlı “The Telegraph” məlumat yayıb.

Bildirilib ki, həmin şəxs Rusiyanın hərbi kəşfiyyat casusudur. Onun adı açıqlanmayıb. Ehtimal edilir ki, həmin şəxs “Noviçok”un ölkəyə gətirilməsindən əvvəl hücumu planlaşdırıb. Qeyd edilib ki, o, keçmiş zabitlə bağlı məlumatı Rusiya tərəfinə ötürürmüş.

Bir müddət əvvəl Böyük Britaniya keçmiş rusiyalı kəşfiyyat polkovniki Sergey Skripal və qızı Yuliyanın mart ayında Solsberi şəhərində zəhərlənməsi işi ilə əlaqədar iki şübhəlinin adını açıqlayıb.

Onlar Aleksandr Petrov və Ruslan Boşirovdur. Bir neçə gün əvvəl isə Ruslan Boşirov kimi tanınan adamın, əslində, Rusiya hərbi kəşfiyyatının polkovniki Anatoli Çepiqa olması ilə bağlı informasiyalar yayılıb. //oxu.az