Məmur mehmanxanada öldü
05.03.2020 13:45Agentlik hələ bu məlumatın rəsmi təsdiqini almayıb.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, Rusiyanın Dağıstan Respublikası hökumətinin sədri Artyom Zdunovun müşaviri Andrey Afonin bu gün Mahaçqala şəhərindəki “Primorskaya” mehmanxanasının nömrəsində ölü vəziyyətdə tapılıb.
Bu barədə məlumatlı mənbəyinə istinadən “İnterfaks” bildirib.
Mənbənin bildirdiyinə görə, hazırda mehmanxana personalı və mühafizəsi dindirilir, hadisənin başvermə şəraiti müəyyənləşdirilir.
Agentlik hələ bu məlumatın rəsmi təsdiqini almayıb.
Öz növbəsində, “Arqumentı i faktı” nəşri müşavirin ürək tutmasından öldüyünü xəbər verib.(report.az)

