“Mən yoxamsa, heç kimsiniz” – Şah İsmayılın qızı Şirvanşahı belə təhqir etmişdi – TARİXİ DİALOQ
05.03.2020 13:45Şirvanşahlarla Səfəvilərin əlaqələrinin yaxşılaşması məhz Pəri Sultanın adı ilə bağlıdır. Lakin Şah I İsmayılın ölümündən sonra münasibətlər dəyişir. Şirvan sarayı hələ ilk gündən Pəri Sultanla yola getmirdi. Çünki Pəri Sultan bir növ Şirvan hakimi kimi paytaxt Təbrizdən bura göndərilmişdi. Şeyxşahdan övladı olmayan və onunla yaxınlıq qurmayan Pəri Sultanı atasından sonra buraya bağlayan bir şey yox idi. Pəri Sultan şeyxşahdan olduqca şübhəli idi. Çünki şeyxşah Osmanlıya meyl edir, Sultan Süleymana vədlər verirdi. Bunu qardaşına bildirən Pəri Sultan onda da şübhə toxumları yaratmışdı. Bir dəfə Şeyxşahın divanını gizli dinləyən Pəri Sultan hislərində yanılmadığını, Şeyxşahın Osmanlıların gələcəyi təqdirdə onlara kömək edəcəyini öyrənmişdi. Araları soyuq olan ər arvad bu əhvalatdan sonra daha gərgin söz davasına qalxırlar.
Об этом сообщает Футляр от виолончели
A24.Az Pəri Sultanın Şirvanşah II Xəlilullahla tarixi dialoqunu təqdim edir:
Pəri Sultan: Şah həzrətləri, bu Rumilərin burda nə işi var?
Şah II Xəlilullah : Önəmli bir şey deyil, siz hərəmə dönün.
Pəri Sultan : Önəmli bir şey olduğu aşikar, yoxsa, xəncərli xəritələr olmaz divanda.
Şah II Xəlilullah : Sizə dedim ki, hərəmə dönün. Yaxşısı, bu işlərə qarışmayın.
Pəri Sultan : Hər şeydən xəbərdaram, şah. Siz bu cürəti hardan alırsız?
Şah II Xəlilullah : Sözlərinizə fikir verin, mən bu dövlətin hökümdarıyam, tutacağım işi mən bilərəm. Etdiyim işin sorğusu olmaz!
Pəri Sultan : Sizin dövlət dediyiniz mənəm, Şah. Dəfələrlə sizə dedim, əgər qardaşım Şah Təhmasib sizə toxunmursa, bunun tək səbəbi mənəm. Fəqət siz bizim düşmənlərimizlə əlbir olub, sizə verilən bu fürsəti heçə saydınız.
Şah II Xəlilullah : Nə siz, nədə bir başqası mənə əmr verə bilməz! Heç kəs mənim başımın ağası deyil! Səbr kasamı doldurmayın!
Pəri Sultan : Dolsa, nə olar? Söyləyin, nə? Mən ömrümdə sizin kimi naşükür adam görməmişəm. Siz həqiqətən də kim olduğunuzu unutmsunuz, Şah. Bu dövlət, bu ad, bu san hamsı mənim mərhum atamın sizə mərhəmətidir. Hansı ki, qardaşım da o əməli yerinə yetirir. Unutmayın, siz bu məqamdasınızsa, bunun tək səbəbi mənəm. Bunların hamsı mənə görə sizə bəxş olunub. Mən yoxamsa, siz bir heçsiniz!
Bu sözlərdən sonra o mənim üzərimə yeridi. Fəqət qapı ağaları güclə də olsa onu geri oturdular. Qardaşım Şah Təhmasib müdafiə ilə əlaqədər Şirvana gəlmişdi. Bütün əhvalatın sonrası onun gözünün önündə oldu. O çox əsəbi idi. Mənlə də danışıb hadisədən xəbər tutdu. Sonra adamlarına əmr etdi ki, Şeyxşahı dustaq etsinlər. Şeyxşahın anası getməyimizə az qala məndən xahiş etdi ki, oğlunu dustaqlıqdan qurtarım. Qardaşımı yola gətirdim. Onu azad etdi. Sonra mən onla birgə payitaxa getdim. Bir ay sonra xəbər gəldi ki, Şeyxşah varis qoymadan qəfil ölüb. Və Mən yenidən qardaşımın da istəyi ilə Şirvana döndüm.
Pəri Sultan’ın Şah II Xəlilullahla danışığı: 1535 – ci il
“Alayiş’i – Mirvari”
Üç il müddətində Şirvanda qalan Pəri Sultan bir bəhanə ilə buraları bir dəfəlik tərk etmək istəyirdi. Çünki o hələ də Şirvan məleykəsi idi. Fürsət 1538-ci ildə Şirvandakı gərginlik zamanı oldu. Üsyanın böyüməsində Pəri Sultanın da əli vardı. Elə həmin günün səhəri Pəri Sultan anasın göndərdiyi Səfəvi atlı alayı ilə paytaxda yola düşdü. Qardaşı I Təhmasib uzun zaman idi ki, Şirvanı işğal etmək istəyirdi, lakin Pəri Sultana görə bunu edə bilmirdi. Paytaxda gələn Pəri Sultanın qardaşına Şirvanla bağlı xəbər verdi və onun tam da işğal üçün uyğun olduğu fikrini ona çatdırı. Şah bu məlumatdan sonra həmin il Şirvana qoşun yeritdi. Və Şirvan Səfəvi mülklərinə qarışdı. Bir il müddətində Sarayda qalan Pəri Sultan çəkişmələrdə təbii olaraq bacısı Məhinbanu Sultan və anası Behruzə Sultanın yanında Gülzar Sultana və ögey bacılarına qarşı cəbhə yaratdı. Lakin saray həyatı uzun sürmədi, bu səfər o ikinci bir siyasi evliliyə qədəm qoydu. Amma bu evliliyin digərindən fərqi Pəri Sultanın Şəki hakimi Dərviş xanı tanıması onu az -çox Şirvan sarayında olarkən bilməsi və könül verməsi idi. 1538 ci ildən Şəki hakimin Şirvana dəstək olması Şahı qıcıqlandırmışdı. Fəqət bu evlilik münasibətilərin düzəlmısinə səbəb oldu. Uzun zaman siyasi füqur olan Pəri Sultan artıq əsl sevgini dadmışdı. Lakin tale bu dəfə də bəxtsiz Sultana gülmədi, ikinci izdivacdan da övladı olmayan Pəri Sultan cəmi 2 ildən sonra Şəki xan bağında, anidən vəziyyətinin pisləşməsi nəticəsində vəfat etdi.

