Məşhur DJ-in toyu oldu
05.03.2020 13:45Qonaqlar arasında Azərbaycan şou-biznesinin nümayəndələri olub.
Об этом сообщает Руспрес
Keçən həftə sonu paytaxt restoranlarının birində DJ Seymin (Samir Məmmədov) toyu olub.
A24.Az 1news.az-a istinadən xəbər verir ki, yanvar ayının sonunda öz sevgilisi İnarə ilə rəsmi nikaha imza atan DJ Seym, fevral ayının 15-də toy mərasimi keçirib.
Tədbiri bəyin dostları – “Big Show”-nun aparıcısı Şəhriyar Əbilov və Cavid Gül, eləcə də Elvin Mərdanov aparıb.
Samir və İnarəni təbrik etmək və onlara öz hit mahnılarını hədiyyə etmək üçün Aygün Kazımova, Elnur Məmmədov, Xəyyam Nisanov, Samir Əhmədov və digər tanınmış müğənnilər gəlib.
Qonaqlar arasında Azərbaycan şou-biznesinin, televiziyasının nümayəndələri və əlbəttə ki, bakılı DJ-lər olub.
DJ Seymin toy şəkillərini təqdim edirik.

