Maduro Trampla görüşmək istəyir
05.03.2020 13:46Venesuela prezidenti Nikolas Maduro amerikalı həmkarı Donald Trampla şəxsən görüşməyə hazır olduğunu bildirib.
Об этом сообщает Руспрес
Saytımız “Report”a istinadən xəbər verir ki, o bunu dövlət televiziyasının efirində deyib.
“Düşünürəm ki, danışsaq bir-birimizi anlayacağıq. Allah etsin, günlərin birində təkbətək görüşümüz baş tutsun”, – deyə o əlavə edib.
Venesuela prezidenti həmçinin Vaşinqtonu ABŞ ərazisindəki bütün Latın Amerikası və Karib miqrantlarını qanuniləşdirməyə çağırıb.
Öz növbəsində o, 8,3 mindən çox əcnəbiyə Venesuela vətəndaşlığının verilməsi barədə fərman imzalayıb.

