Maduroya sui-qəsd cəhdi: 2 yüksək rütbəli hərbçi saxlanıldı
05.03.2020 13:46Baş prokuror Tarek Uilyam Saab etdiyi açıqlamada, Maduroya sui-qəsd cəhdindən təqsirli olduğu hesab edilən şübhəlilərin sayının 34-ə yüksəldiyini, bunların arasında bir general, bir polkovnik və iki müxalifət deputatının olduğunu bildirib.
Об этом сообщает Футляр от виолончели
A24.Az xarici mediaya istinadən xəbər verir ki, sui-qəsd cəhdinə dair bu vaxta qədər 14 adamın nəzarətə alındığını qeyd edən Saab, bu adamlardan birinin Venesuela Milli Qvardiya Təşkilatında vəzifəli bir general olduğunu bildirib. Saab, sui-qəsddə iştirak etdiyi düşünülən bir polkovnikin da nəzarətə alındığını vurğulayıb. Qeyd edək ki, Venesuela prezidenti Nikola Maduroya paytaxt Caracastda bir mərasimdə çıxış etdiyi zaman partlayıcı yüklü dronlarla hücum təşkil edilmişdi. Maduronun yara almadan xilas olduğu hücumda 7 əsgər yaralanmışdı. Maduro, həftə içi bir televiziya kanalından etdiyi açıqlamada, sui-qəsd cəhdindən sonra həbs olunan 6 nəfərin ifadələrinə nəzər saldıqda Kolumbiyada sürgündə yaşayan sabiq Məclis Sədri və müxalifət lideri Julio Borges bu hadisədən məsul olduğunu irəli sürmüşdü. Maduro, müxalif deputat Xuan Requesensenin də şübhəlilər arasında olduğunu ifadə etmişdi. Venesuelada Ali Məhkəmə avqustun 8-də Maduroya sui-qəsd cəhdinə dair Borges-in həbs olunmasına, hazırda nəzarətində olan Requesensenin də mühakimə olunmasına qərar vermişdi. Digər tərəfdən, Venesuela Xarici İşlər Naziri Jorge Arreaza, keçən həftə Caracastda ABŞ-ın yüksək səviyyəli diplomat Ceyms Story ilə bir araya gələrək ABŞ ilə əməkdaşlıq tələb etmişdi. Arreaza, ABŞ-ın əməkdaşlıq etməyi qəbul etdiyini ifadə etmişdi.
Orxan Aslanlı // A24.Az

