Manaf canlı yayımda gənc ifaçını “SINDIRDI” – “Məndən üzr istəməlisən!” – VİDEO
05.03.2020 13:46Ötən gün Xəzər TV telekanalında yayımlanan “5/5” verilişinin qonaqları müğənni Manaf Ağayev və gənc ifaçı Fəxri Ələsgərli olub.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, aparıcı Zaur Fəxri Ələsgərlidən müəlliminin kim olduğunu soruşub. O isə müəlliminin Manaf Ağayev yox, Sabir Mirzəyev olduğunu bildirib. Manaf Ağayev onun bu sözlərindən hiddətlənib. Bildirib ki, onu özü ilə toylara tamada kimi aparıb və Fəxriyə həmişə dəstək olub:
“Sənə mən əziyyət çəkmişəm. Sən məndən çox şey öyrənmisən. Bax, bu gülü vurmusan yaxana. Sənə dedim aç, kişi gül vurmaz. Mən sənə həmişə düz yol göstərmişəm”.
Sonda Manaf Ağayev Fəxridən üzr istəməsini tələb edib. Gənc ifaçı Manafdan üzr istəyib.

